Daşkəsən rayonunda döyülmə hadisəsi qeydə alınıb. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çovdar kəndində baş verib. 1975-ci il təvəllüdlü Xanoğlan Salmanov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Zərər çəkmişin sözlərinə görə, kəndin ərazisində küçə itləri ona hücüm ediblər və o qorxusundan bir evin həyətinə girib. Ev sahibi isə “dəvətsiz qonağı” oğru hesab edərək onu döyüb. Fakt polis əməkdaşları tərəfindən araşdırılır.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin