Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin “Kiçik bazar” ərazisində çimərkən batan şəxsin kimliyi məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, batan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu bəlli olub.
Faktla bağlı araşdırma aparılır.