Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Depressiyanı 24 saatda məğlum edən inqilabi sprey hazırlandı: Reseptsiz satlacaq
Depressiyanın müalicəsi üçün sprey icad edilib. ABŞ Qida və Dərman İdarəsi (FDA) artıq onun seriyalı istehsalını və satışı üçün təsdiq verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə gxpnews.net xəbər yayıb.
Bildirilir ki, "Johnson & Johnson" şirkətinin innovativ "Spravato" (esketamin) preparatı ənənəvi antidepressantlardan fərqli olaraq, tamamilə yeni təsir mexanizminə malik ilk preparatdır.
Modifikasiya edilmiş ketamin anestetiki əsasında yaradılan bu sprey istifadədən cəmi 24 saat sonra depressiya simptomlarının demək olar ki, dərhal və uzunmüddətli yüngülləşməsini təmin edir.
İnqilabi sprey artıq on minlərlə pasiyentə (o cümlədən suisidal düşüncələri olanlara) kömək edib və mütəxəssislər çətin müalicə olunan depressiyası olan insanlarda əhəmiyyətli yaxşılaşma qeydə alıblar.
Preparat MADRS depressiya şkalasında emosional, fiziki və koqnitiv simptomlar da daxil olmaqla bütün parametrləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Xəstələrin 22.5%-ində bir aylıq istifadədən sonra remissiya baş verib, bu isə plasebo nəticələrindən üç dəfə çoxdur.
FDA-nın təsdiqi ilə bu sprey artıq istənilən aptekdən alına bilər və depressiyanın müstəqil müalicəsi üçün istifadə oluna bilər.
"Depressiya" teqi üzrə xəbərlər
- Cəmiyyəti ən çox narahat edən xəstəliklərdən xilasla bağlı alimlərdən möhtəşəm İCAD
- İş yerində susqunluq fəlakətə səbəb ola bilər - Alimlərdən XƏBƏRDARLIQ
- Ucuz və keyfiyyətli: Depressiyadan qurtulmaq üçün psixoterapiyadan daha effektli üsul açıqlandı
- Depressiyaya düşməmək üçün nələr yemək lazımdır? - Alimlər açıqladılar
- Saunaların insan orqanizminə əvəzolunmaz FAYDASI
Rəylər