Hindistanlı Halim Firagni Mahli adlı bir müftü qadınların “Facebooka” şəkil yükləməsinin İslam dəyərlərinə zidd olduğunu deyib.
Oxu.Az ANN.Az-a istinadən xəbər verir ki, müfti qadınları sosial şəbəkələrdən uzaq durmağa çağırıb.
“İslama görə qadınlar üzlərini ailələrindəki kişilər istisna olmaqla heç kimə göstərməməlidirlər. Biz liberalıq və bizdə “Taliban” zehniyyəti” yoxdur”, - deyən müfti özündən məsləhət istəyən gənclərə bu tövsiyyələri verib:
“Bəzən gənclər bizdən “Facebook”dan “Twitter”dən istifadəyə icazə olub-olmadığını soruşurlar. Onlara icazə veririk. Amma digər tərəfdən şəriət qanunları qadınlara internetə şəkil yükləməyi haram buyurur”.
Mahli açıqlamasının sonunda bildirib ki, əgər hesablar iş səbəbindən açılırsa, problem yoxdur.