Statistikaya görə qəza törədərək digər maşınlara zərər vuran şəxslərin adı bir çox hallarda Anar olur.
Oxu.Az fins.az-a istinadən xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, avtomobillərin icbari sığortası ilə bağlı ən çox qəza törədənlər - Anar, Elçin və Vüqar adlı şəxslərdir.
Söhbət avtomobil sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığortası üzrə baş verən sığorta hadisələrindən gedir. Qəza törətmə sayına görə, ilk 10-luqdakı sonrakı yerləri İlqar, Rəşad, Samir, Azər, Elnur, Elşən, Emin adlı şəxslər turur.
Adlardan da görünür ki, Azərbaycanda avtomobil qəzalarını daha çox gənclər törədir.