Artıq xəbər verdiyimiz kimi, Rusiyanın “DojdTV” telekanalı öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Telekanal rəhbərliyinin müvafiq qərarından sonra studiyaya polisin gəldiyi bildirlib.
Bu barədə, telekanalın əməkdaşları sosial şəbəkədə məlumat veriblər.
İnsidentə telekanalın hüquqşünasları da cəlb olunub.
3 mart, 19:40
“Dojd” telekanalı öz fəaliyyətini müvəqqəti dayandırır.
Bunu kanalın baş direktoru Natalya Sindeeva bildirib.
“Bu gün bütün komanda ilə bir araya gəldik, kimsə ofisdə, kimsə “Zoom”da idi və bundan sonra nə edəcəyimizə qərar verdik. Həyatımızda heç vaxt belə çətin qərar olmayıb", - baş direktor deyib.
Qeyd edək ki, bu gün “Exo Moskvı” radiostansiyasının da ləğv olunduğu açıqlanıb