Bakıda 9 yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, 2030-cü ilin sonuna qədər 9 stansiyanın da tikilməsi mümkündür:
"2026-cı ildə tenderin prosesi həyata keçiriləcək. Tender prosesi bitdikdən və qalib şirkət müəyyən olunduqdan sonra dərhal tikinti işləri başlanacaq. 2030-cu ilə qədər dövlət proqramına daxil olan bütün depo və stansiyaların layihələndirmə işləri tam bitib".