Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dörd yaşlı İbrahim ölümcül xəstəliklə mübarizə aparır: Sizin köməyinizə ehtiyacı var
Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.
O bildirib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və onun əməliyyatla götürülməsi lazımdır:
"Bunun üçün İbrahim əvvəlcə altı kurs kimyaterapiya almalı idi. Həmin kurslar başa çatdı. Biz yenidən analiz verdik və xərçəngin metastaz verdiyini öyrəndik. İbrahim yenidən kimyaterapiya qəbul etməlidir. Daha sonra əgər xeyrini görsək, əməliyyat olunacaq. Xalqımdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar. Bizə bu mərhələdə 15 min manat lazımdır.
İbrahimə dəstək olan insanlardan danışıram, o isə uşaq olsa da, hər şeyi başa düşür. Dəstək olanları eşidəndə sevinir. Deyir ki, "Ana, mən burada qalmaq istəmirəm, kömək etsinlər, sağalım". Artıq bədəni də çox yorulub, psixologiyası alt-üst olub. Ağır iynələr onu əldən salıb. Allah heç kimi belə ağır dərdlə sınağa çəkməsin".
Ailə ilə əlaqə: (055) 736-92-70.
"Kapital Bank": 5239 1517 1343 5306.
"yardıma ehtiyacı olanlar" teqi üzrə xəbərlər
- 4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir
- Ailə faciəsi: Körpələri vəfat edən ailənin azyaşlı qızları da yaşamaq uğrunda mübarizə aparır
- Üzünün və bədəninin bir hissəsi yanan Fərhadın köməyinizə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- 4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir
Rəylər