Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq
Bakıda fəaliyyət göstərən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyev cərimələnib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi direktora İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Cavid Əliyev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq.
İyulun 4-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək.
"Dövlət Əmək Müfəttişliyi Xidməti" teqi üzrə xəbərlər
- Soyuq və küləkli havada hansı hallarda İŞİN DAYANDIRILMASI qərarı verilə bilər?
- Bakıda iri ticarət mərkəzi CƏRİMƏLƏNDİ
- Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib
- Altı nəfəri qanunsuz işlədən şirkət 24 min manat cərimələndi
- Əməkdaşı Ağadadaş Ağayevlə məhkəmə çəkişməsində olan mühafizə xidməti cərimələndi
Rəylər