Dünyaşöhrətli violonçel ifaçısı Styepan Hauzer Azərbaycana məxsus musiqini ifa edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Xorvatəsilli musiqiçi sözləri Mədinə Gülgünə, musiqisi isə tanınmış bəstəkar Ələkbər Tağıyevə məxsus olan "Sən gəlməz oldun" musiqisini ifa edib.
Qeyd edək ki, musiqiçinin "Instagram" hesabında 8 milyondan çox izləyicisi var.
Həmin görüntüləri təqdim edirik: