Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov paytaxt sakinlərinə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binaların liftləri hər gün dezinfeksiya olunur.
“Mənzil Tikinti Kooperativlərində yaşayan sakinlər bilməlidirlər ki, həmin binalar kollektiv mülkiyyətdir və dezinfeksiya işini təşkil etməlidirlər. Amma biz onlara da xidmət edirik. Vətəndaşları koronavirusun ciddiliyinə inandırmaq əsas problem olaraq qalır”, - deyə o qeyd edib.
İlhamə Əbülfət