“Məhdudiyyətlər götürüldükcə, küçələrdə sıxlıq yaranır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.
O qeyd edib ki, buna görə də daha çox maarifləndirmə işlərinin aparılmasına ehtiyac var:
“Maarifləndirilmə ilə bağlı işlərə artıq başlanılıb. Hazırda bu məsələ ilə bağlı layihə hazırlanır”.
İlhamə Əbülfət