"İşğaldan azad edilmiş ərazilərdə 11 məktəbdə 2 213 şagird təhsil alır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, həmin ərazilərdə məktəbəqədər təhsil üzrə isə 6 müəssisədə 183 uşaq təhsil alır.
"Orta məktəbdə təhsilverənlərin sayı 272, məktəbəqədər təhsil müəssisələrində isə tərbiyəçilərin sayı 16-dır", - deyə nazir deyib.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib