Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb.
S.İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.