Sosialyönümlü xalq evlərinin tikintisi gündəmə gəldi. Milli Məclisdə bu istiqamətdə müzakirələr aparılır. Bəs bu evləri necə əldə etmək mümkün olacaq və hansı şərtlə gənclər bu evə sahib ola biləcək?
Oxu.Az xəbər verir ki, Xəzərxəbər-ə müsahibə verən Millət vəkili Hadi Rəcəbli belə deyir:
“Əslində belə başa düşülməlidir ki, dövlət bu evi onlara bağışlayır. Amma simvolik olaraq oradakı insan faizsiz kredit ödəyir. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu baxımdan belə bir addımın da atılması gündəmdə var. Bu bizim dövlətimizin başçısının bir istəyidir. Bu da zaman-zaman həyata keçirilir və keçiriləcək də”.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyir...
“Onlar nikaha girən zaman birinə mütləq iş verilsin ki, bununla da sosial durumu ağır olan gənc ailəyə faizsiz uzunmüddətli ipoteka krediti verək. Bu ona oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Bax, bu cür sosilayönümlü evlərdir . Bu, dünyada mövcuddur və ailənin möhkəmlənməsinə təsir edəcək. Əlbəttə bunun üçün maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir onda bunu da banka dövlət ödəmlidir. Bu barədə düşünürük”.