“Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at, eşşək, it kəsildi. Kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedizdirirlər. Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir.
Yaxud vətəndaş adi Xəzər dənizinin balığına da həsrət qalıb. Mal-heyvan, neft-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir...
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib
“Elə qiymət qoyurlar ki... Bu ölkədə yaşayan vətəndaş da heç olmasa, o kürüdən bir qaşıq yeyə bilməlidir axı. Heç olmasa, bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.
U.A.
www.oxu.az