Cari ilin 10 noyabr tarixində Həmkarlar İttifaqları Konfedarasiyasının təsisçisi olduğu Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Garant Aqro” MMC-nin, Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, "Future Group"un, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi, “Oxu.az” İnformasiya Agentliyinin media dəstəyi ilə “Bilikli Tələbə Gələcəyin Qarantıdır” adlı forum keçiriləcək.
Qeyd etmək istərdik ki, forumda müvafiq panellər üzrə insan resursları, daxili audit, mühasibatlıq və PR-Marketinq sahələrini əhatə edən mövzularda mütəxəssislərin çıxışları yer alacaq.
Layihənin sonunda iştirakçılara sertifikatların verilməsi, təşkilati tərəfdaşlar tərəfindən fərqlənən tələbələrə hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur.
Forumun keçirilmə məqsədi tələbə-gənclərin gələcək ixtisas seçimi ilə bağlı mütəxəssislər tərəfindən verilmiş praktiki məlumatlar vasitəsilə təlimatlandırılması, bu haqda təsəvvürlərinin genişləndirilməsi, onların asudə vaxtdan səmərəli istifadəsi və qeyri-formal təhsildən yararlanmasından ibarətdir.