Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan müzakirələr, idman zalında müşahidə olunan döyüşə hazırlıq səviyyəsi, kursantların əzmkarlığı bir məqsədə xidmət edir: güclü, savadlı və vətənpərvər zabitlər yetişdirmək.
Oxu.Az xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilib.
1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey minlərlə gəncin həyat yolunu dəyişib.
Bu gün Azərbaycan Ordusunda xidmət edən yüzlərlə zabitin şərəf yolu məhz buradan başlayıb.