Gəncədə baş verən qətl hadisəsinə görə saxlanılan var.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, 15 yaşlı A.Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
Gəncədə qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü T.Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlərinin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.