Gəncə şəhərində intihar hadisəsi baş verib.
Oxu.Az-ın regional müxbirinin məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.
2000-ci il təfəllüdlü Yusif Qasımi yaşadığı evin həyətindəki çinar ağacından özünü asıb. Onun özünə nədən qəsd etməsinin səbəbi hələlik məlum deyil. Onun tələbə olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Nazir QULİYEV