Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar:
"Avqustun 20-si saat 00:40-da dörd nəfər (iki qadın, iki kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Aygün Mirakif
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan "Changan" markalı avtomobillə toqquşub.
Daha sonra "Changan" idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Xəsarət alanlar 1994-cü il təvəllüdlü Ə.Məmmədli, 1992-ci il təvəllüdlü A.Məmmədova, 2004-cü il təvəllüdlü G.Məmmədova və daha bir azyaşlıdır.
Həmin görüntüləri təqdim edirik: