Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə qanunsuz tikili söküldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Gəncədə qanunsuz tikili söküldü

"Qanunsuz tikinti" teqi üzrə xəbərlər
Ən çox oxunanlar