Gəncədə çanaq antenası quran usta ikinci mərtəbədən yıxılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb.
İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb.
Ağır xəsarət alan usta hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
S.B.
www.oxu.az