Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhərində 12 yaşlı M.B. yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanadan bildirilib ki, 01.02.2025-ci il tarixində saat 19 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20-də Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.
Dəqiqləşdirilməmiş meningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq 08 radələrində ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.

"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ələkbəri intihara aparan "Mavi Balina": Sonuncu oyunda özünü ürəyindən vurmalı İMİŞ - ŞOK DETALLAR
- Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi
- Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb
- Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir
Rəylər