Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycandan Pakistana 2 milyard dollarlıq sərmayə
Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti yazıb.
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistanın Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq.
Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq.
Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpaolunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.
"Azərbaycan-Pakistan münasibətləri" teqi üzrə xəbərlər
- Deputat: "Pakistanın baş nazirinin Bakıya səfəri əlaqələrin inkişafına yeni impuls verəcək"
- Beynəlxalq əməkdaşlığın mükəmməl nümunəsi: Pakistan-Azərbaycan dostluğu nə vəd edir?
- Səfir Ermənistan və Hindistanı birləşdirən amildən DANIŞDI
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib