Bakıdan Gəncəyə gedən təyyarə qarlı hava şəraiti ilə əlaqədar olaraq eniş edə bilmir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından verilən məlumata görə, Gəncə Hava Limanında dəhşətli qar və çovğunlu hava şəraiti müşahidə olunur.
Bu səbəbdən Bakı-Gəncə aviareysinin Gəncəyə enişi gecikir.
Bakı Hava Limanına gələn təyyarələrdə isə hələlik heç bir problemin yaranmadığı bildirilir.
Bakı-Gəncə aviareysi istisna olmaqla digər reyslərdə gecikmələr və digər problemlərin baş vermədiyi bildirilir.