Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Shacman" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Bizim.Media-nın şimal bürosunun əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olublar.
Qəzada həyatını itirən 30 yaşlı Samur gömrük postunda mühafizəçisi Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olub.
Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.
1 iyul 2024-cü il tarixində saat 8:45-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) başın çoxsaylı yarası, əlin və barmaqların sınığı,1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin əzilməsi, sağ orbital nahiyəsinin hematoması, 1984-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüyünün sınığı diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Fotolarda Vahid Əmirli
Bu gün Şabran rayonu ərazisində baş verən avtomobil qəzasında yaralananlardan ikisi Bakıya göndərilib.
Bu barədə məlumat Oxu.Az-a Şabran rayon Mərkəzi Xəstəxanasından verilib.
Bildirilib ki, iki nəfər - Pəri Vəliyeva və Seyidağa Səmədov Bakıya, Mərkəzi Gömrük Hospitalına göndərilib.
"Mercedes-Benz" markalı avtomobilin sürücüsü vəziyyətinə uyğun olaraq həkim nəzarətində saxlanılır. Onun Bakıya təxliyəsi ilə bağlı məsələyə baxıla bilər".
Könül Cəfərli
Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub.
Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Vahid Seymur oğlu Əmirlinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər