Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəza nəticəsində xəsarət alan iki nəfər (kişi) sentyabrın 2-də saat 20:10-da Goranboy Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Goranboyun Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimov VAZ-2106 avtomobili 1987-ci il təvəllüdlü, Səfükürd kənd sakini İnarə Həsənovanın "Chevrolet" markalı maşını ilə toqquşmuş, nəticədə iki qardaşın xəsarət aldığı bildirilmişdi.