Göygöldə bədbəxt hadisə baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, rayonun Topalhəsənli kəndində 1962-ci il təvəllüdlü F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq xəsarət alıb. 64 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12