Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar olub.
Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun üzərindəki körpüdən Göygöl rayonunda ümumi 5 min nəfər əhali istifadə edir.
Körpü həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini də əlaqələndirir.
Qeyd edək ki, yol ötürücüsü 1960-cı illərdə inşa olunub.
Qaynar xətt:
(055) 224 12 12