Mingəçevirdə təcili tibbi yardım maşınının üzərinə ağac aşıb.
APA-nın məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının önündə baş verib.
Axşamdan yağışla müşayiət olunan güclü külək ağacı təcili yardım maşınının üzərinə aşırıb.
Fəsadın aradan qaldırılması üçün hadisə yerinə şəhər təsərrüfat işçiləri cəlb olunub.