Gülər Əhmədova indi ancaq yuxularda görə bilir fidanını.
Sabiq millət vəkili Gülər Əhmədova həbsxanada şeir yazıb.
Oxu.Az Qafqazinfo-ya istinadən eks-deputatın “Yuxu” adlı şeirini təqdim edir:
YUXU
* * *
Gözümə gəlməyən yuxum, hansı ərşə çəkilmisən?
Gedib əsgər yuxusuna oğlum üçün dincəlmisən?
Yoxsa balaca körpənin gözüyaşlı yuxususan,
Bəlkə də qoca anamın dərdli - sərli ürəyisən?
* * *
Hara getmisən ay yuxu, tapıb qaytara bilmirəm,
Sən də namərd dostlar kimi üz çevirib dönməmisən.
Mənim gözümdə yox yerin, payız quşuna dönmüsən,
Hələ tapa bilməmişəm, bəlkə də qan təzyiqisən?
* * *
Yuxu mənim dostum olub, məhbəs xəstəliyidir o,
Dəmir çarpayımın indi yaddaşına keçibdir o.
Ayılmaq istəməmişəm, bəlkə gedim evimizə,
Baxım balaca körpəyə, üstünü də açıbdır o.
* * *
Dua edib “Anam gəlsin!” sonra biraz ağlayacaq,
Sonra küsüb həm özündən, həm də məndən, bayılacaq.
Görüş günü hər görəndə "Nə vaxt evə gələcəksən?"
Sorub, sorub, yorulacaq, sonra bir də ağlayacaq.
* * *
Yuxum mənim, apar məni, yadındamı adresimiz?
Yuxum mənim, qaytar məni, indi budur sevincimiz!
İndi ancaq yuxularda, görə billəm fidanımı,
Ana qucağı əvəzi, oyuncaqla yatanımı.
1 sentyabr 2013-cü il 4:30