Bakıda daha bir yol bağlanıb.
Oxu.Az-a NİİM-dən verilən məlumata görə, Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaranmışdır.
Sürücülərə alternativ olaraq Fəzail Bayramov və Yusif Səfərov küçələrindən istifadə etmələri tövsiyə olunur.