Sentyabrın 5-də axşam saatlarında Günəşdə gücünə görə sondan əvvəlki M sinfinə aid partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Rentgen diapazonunda 4520 (S12W68) ləkələr qrupunda 30 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğundur. Növbəti kateqoriyaya keçdikdə güc 10 dəfə artır. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.