Afinanın yaxınlığında keçirilən aviaşou zamanı "F-4 Phantom" qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Oxu.Az bu barədə Afina-Makedoniya xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, pilotların meyitləri qəza yerində aşkarlanıb.
Yunanıstanda aviaşou zamanı qəzaya uğrayan "F-4 Phantom" qırıcısının pilotları təyyarənin dağıntılarından xeyli aralıda huşsuz vəziyyətdə tapılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "ERT-News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının apardığı ilkin araşdırmaya görə, pilotlar manevr zamanı təyyarədə nasazlıq yarandığını anlayıb və onu aviaşounun izləyicilərindən və uçuş-enmə zolağından mümkün qədər uzağa yönəltməyə çalışıblar.
Telekanalın məlumatına görə, "F-4 Phantom" yerə düşərkən iki hissəyə parçalanıb və nəticədə yanğın baş verib. Hazırda xilasetmə xidmətləri yanğının söndürülməsi ilə məşğuldur.
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "F-4 Phantom" qırıcı təyyarəsi Afinada "Athens Flying Week" aviaşousunda qəzaya uğrayıb.
Bu barədə Oxu.Az Yunanıstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəza "Athens Flying Week - Tanagra International Air Show 2026" beynəlxalq aviaşousunun ilk günündə Tanaqra aviabazasında baş verib.
Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürmə briqadaları, eləcə də helikopterlər cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam edir.
Ekipajın taleyi ilə bağlı hələ ki məlumat yoxdur.
İlkin məlumata görə, "Phantom" ikinəfərlik təyyarəsi dönüş etdiyi zaman, yüksək sürətlə ötmə etməyə çalışarkən qəzaya uğrayıb.