Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İpoteka kreditləri üzrə müraciətlərin sayı açıqlandı
"Güzəştli ipoteka kreditləri üzrə 586 müraciət qeydə alınıb".
Oxu.Az bildirir ki, bu məlumat Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan verilib.
Qeyd olunub ki, İKZF tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb.
"Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral 2025-ci il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral 2025-ci il saat 10:00-dan başlanılıb.
Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.
Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb.
Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1 337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb", - məlumatda deyilir.
Əlavə olunub ki, əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və İKZF-nin daxili qaydalarına uyğun olaraq davam etdirilir.
"Elektron ipoteka və kredit zəmanət" (www.e-gov.az) sisteminə daxil olarkən çətinliklər yaşanır.
Oxu.Az xəbər verir ki, sayta daxil olarkən yenilənmə işlərinin aparılması ilə bağlı xəbərdarlıq edilir.
Güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətinə start verildi.
Oxu.Az xəbər verir ki, müraciət qəbulu saat 10:00-dan etibarən www.e-gov.az üzərindən SİMA Token (Elektron İmza) və ya "Asan İmza" vasitəsilə həyata keçirilir.
Bu gün güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətinə start verilir.
Oxu.Az xəbər verir ki, müraciət qəbulu saat 10:00-dan başlayır.
Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət "sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya "Asan İmza" vasitəsilə həyata keçiriləcək
"İpoteka Krediti" teqi üzrə xəbərlər
- İpoteka imkanları bazara necə təsir edəcək?
- Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
- 2025-ci il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb
- İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 540 milyon manatdan çox kredit verilib
- Deputat: "Gələn ildən daha çox vətəndaşımız ipoteka kreditindən faydalana biləcək"