Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hacı Şahin: Quran ərəbcə oxunmalıdır
Qurani-Kərimin məhz ərəbcə oxunmasının əhəmiyyəti çox böyükdür. Çünki Qurani-Kərim insanların qəlbləri üçün bir şəfadır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.
O, Milli Məclisin bugünkü iclasında yas mərasimlərində Qurani-Kərimdən olan ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun hesab edən spiker Oqtay Əsədovun fikrinə münasibətində qeyd edib ki, Allah Quranı ərəb dilində nazil edib.
“Oradakı kəlmələrin quruluşunun özündə bir ilahi ahəngi var. Bu da insan ruhuna xüsusi təsir edir. Bununla yanaşı, mən bu fikrin əleyhinə deyiləm ki, Müqəddəs Kitab ərəbcə oxunarkən eyni zamanda ayələrin tərcüməsi insanlara deyilsin. İnsanlar Qurani-Kərimdə nədən söhbət getdiyini bilməlidirlər. Burada din xadimlərinin üzərinə məsuliyyət düşür. Yəni Qurani-Kərimin ayələrini düzgün tərcümə edərək təfsirləri deyilməlidir”.