“Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günelin hamilə olması barədə müxtəlif internet portallarında xəbər yayılıb.
Oxu.Az xəbər verir ki, bu mövzu ilə əlaqədar olaraq müğənniylə əlaqə saxladıq:
“Bu, yanlış xəbərdir. Bunu yazanlar cəzasını alacaqlar. Bu, mənim şəxsi həyatımdır. Kimin nə ixtiyarı var ki, mənimlə əlaqə saxlamadan ağzına gələni yazsın. Lap xəbər doğru da olsa, bu haqda yazılmamalıdır. Mənim sənət yeniliklərimdən söz açsınlar. Reytinq xətrinə nə istəyirlər yazırlar”.
Aytən sadıqzadə
www.oxu.az