Bakıda fahişəliklə məşğul olan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Aysel Allahverdiyevanın Xocasən qəsəbəsinin ərazisində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Aparılan əməliyyat zamanı A.Allahverdiyeva saxlanılıb.
Qeyd edək ki, qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Faktla bağlı araşdırmalar aparılır.