Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslərin meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəridin meyiti sudan çıxarılıb.
14:05
Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslərin adları məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, onlar 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəriddir.
Batan şəxslərin axtarışları davam etdirilir.
13:40
Hacıqabul rayonunda iki nəfər suda batıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndində baş verib.
Suda batan şəxslər ata və oğuldur.
A.M.