Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hacıqabulda qadın ad günü hədiyyəsinə görə evdən qaçıb? - YENİLƏNİB + FOTO
“Aygüllə münasibətlərimizdə ciddi bir problem olmayıb”.
Bunu Oxu.Az-a açıqlamasında itkin düşən Hacıqabul rayon sakini Aygül Soltanovanın həyat yoldaşı Rövşən Soltanov deyib.
Onun sözlərinə görə, ciddi mübahisələri olmayıb:
“Söz-söhbətsiz ailə olmur. Amma elə ciddi bir problemimiz olmayıb. Yanvarın 12-də Aygülün ad günü idi deyə məndən hədiyyə istəmişdi. Dedim ki, maaşı ayın 15-i alacağam. Cavabım xoşuna gəlmədi və hirslə: “Sən indi sabah məni evdə taparsan”, - dedi. Fikir vermədim. Düşündüm ki, qadındır, əsəbiləşib. Ayın 13-ü səhər saat yeddidə işə getmişəm, uşağın dediyinə görə, mənim ardımca da paltarlarını yığıb o çıxıb gedib. Bu günə kimi heç bir xəbər ala bilmirik”.
Rövşən Soltanov qeyd edib ki, bu, həyat yoldaşının acıq edərək, evdən birinci gedişi deyil. Bundan əvvəl həm Hacıqabuldakı qohumlarından birigilə, həm də Bakının Digah kəndində yaşayan qardaşıgilə gedib.
13:20
Hacıqabul sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Aygül Əzizağa qızı Soltanova yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
A.Soltanovanın əlamətləri belədir: boyu 155 sm, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və ayağında idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur”.
Əzizə İsmayılova
"DİN" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Rəylər