Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sərnişin avtobusunun qarşıda gedən “Toyota” markalı avtomobilə çırpılması nəticəsində, minik maşınında olan Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mirzəyeva Almaz Qədir qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.