Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər.
Məlumata görə, şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir.