Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Həyat yoldaşı şəhid Şahmarın nakam arzusundan DANIŞDI
Baku TV-də Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev haqqında reportaj yayımlanıb.
Şahmar Quliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, sentyabrın 28-də şəhid olub. Həyat yoldaşı ilə bağlı xatirələrindən danışan Gülnarə Quliyeva Şahmar Quliyevin mükəmməl insan olduğunu bildirib:
"El arasında deyirlər ki, mükəmməl insan yoxdur, amma Şahmar, həqiqətən də, elə biri idi. O, qarışqanı belə incitməzdi. Altı il evli olmağımıza baxmayaraq, mən Şahmarın üzünü doğru-düzgün görmədim. Bayram olanda 5 dəqiqəlik gəlib bizi ziyarət edib gedərdi. Çünki həmişə "bağlaması gəlməyən əsgərlər var, onlarla bayramı keçirəcəyəm" deyərdi.
Gülnarə Quliyeva 4 il övlad həsrəti çəkən Şahmarın oğluna doymadan şəhid olduğunu söyləyib:
"Dörd il övladımız olmadı, sonra Kəmaləddin dünyaya gəldi. Şahmar çox xoşbəxt, sevincli idi. Kəmaləddinin doğulması ilə onun ən böyük arzularından biri çin oldu. Biz Şahmarı itirəndə Kəmaləddin 2 yaş 8 aylıq idi. Amma hesablasaq, 3-4 dəfə atasının üzünü gördü. Şahmar həmişə övlad həsrəti çəkirdi, sağlığında da çəkdi, Kəmaləddinə doymadı".
Həyat yoldaşı Şahmarın nakam arzusundan da danışıb:
"Mart ayında oğlumuza sünnət toyu etmək istəyirdi. Dedim ki, hələ yox, avqust, ya da sentyabrda edərik. Mənimlə razılaşdı, "hə, olsun" dedi. İndi peşmanlıq hissi keçirirəm, kaş ki, mane olmazdım".
Ətraflı süjetdə:
