Heydər Əliyev Fondu oktyabrda Həştərxanda öz yeni layihələrini təqdim edəcək. Onların təqdimatı Həştərxan vilayətində 26-29 oktyabr tarixlərində Azərbaycan iqtisadiyyatı və mədəniyyəti günlərində baş tutacaq.
Oxu.Az bu barədə “astrakhanfm.ru”ya istinadən xəbər verir.
Həştərxan vilayətində Fondun iştirakı ilə artıq “Drujba” (Dostluq) uşaq bağçası və “Drujba narodov” (Xalqlar dostluğu) körpüsü tikilib, Privoljsk sahilində bağ və “Meçta” (Arzu) uşaq parkı salınıb. Fondun vəsaiti ilə 11 saylı məktəb təmir edilib və Rusiya knyazı Vladimirin abidəsi ucaldılıb.
Heydər Əliyev Fondu hal-hazırda 11 saylı məktəbə və “Drujba” uşaq bağçasına yardım edir. Əlaçılara yay tətili zamanı Azərbaycana səfər hədiyyə edirlər.