"Vəkillik başucaldıcı peşədir. Hansısa hüquqşünasla dərdimizi bölüşəndə, o şəxslə sadəcə təmasda oluruq, amma vəkili vətəndaş özü seçir və müraciət edir" .
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Vəkillər Kollegiyasının (VK) Ağsaqqallar Şurasının sədri İkram Kərimov VK-nın bugünkü təntənəli mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, vəkillər həmişə insanların arasında olur:
"İstərdim ki, hər bir vəkil cəmiyyətdə etimad qazansın, nüfuz sahibi olsun və ona müraciət edənlərin sayı çox olsun".
Samir Əli