Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb
İmişli rayonunda elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişlinin Oruclu kəndi ərazisində qeydə alınıb. Adıçəkilən kənd sakini Rasim Şükürov ötən gün evdən çıxıb, daha sonra ondan bir xəbər olmayıb. Ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olduqdan sonra şəxsin axtarışlarına başlanılıb. Bu gün günorta saatlarında Rasim Şükürovun kənd ərazisində olan transformatorun ətrafında cəsədi aşkarlanıb. İlkin ehtimallara görə, onu cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.
"elektrik cərəyanının vurması" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər