Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Azərbaycanda təhsil sahəsində mövcud problemlər, sistemdəki çatışmazlıqlar və mümkün həll yolları müzakirə edilib.
Təhsildə böhran: şagird niyə oxuduğunu anlamır?
İmtahan stresinin əsl səbəbi üzə çıxdı: günah valideynlərdədir?
Universitetə qəbul asanlaşacaq, məzun olmaq çətinləşəcək?
Məktəbdə uğur qazanan niyə imtahanda zəif nəticə göstərir?
Deputat Ceyhun Məmmədov, təhsil ekspertləri Ramin Nurəliyev və Sevinc Purkeştasib, kimya üzrə fəlsəfə doktoru İsmayıl Qarazadə və Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin sədri Bəxtiyar Nəcəfovla bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.