"Statistika göstərir ki, bədən dili heç zaman yalan danışmır. Bu, insanın ən təbii təzahür formasıdır".
Bu fikirləri Oxu.Az-a müsahibəsində bədən dili mütəxəssisi Anar Heydərov deyib.
O bildirib ki, sözlərlə bədən dili ziddiyət təşkil edirsə, daha çox ikinci faktora etibar etmək lazımdır:
"İnsanlar sözlərini gizlədə bilirlər, reaksiyalarını yox. Şəxs bədən dilini idarə edə bilər, lakin bunun üçün lazımi biliyə sahib olmalısan. Bədən dilini idarə edəndə lüzumsuz üz nişanları, jestlər olmur. Həmçinin bir insanın üçün ilk təəssürat üç saniyə ərazində formalaşır. Bir auditoriyaya, məkana daxil olduqda sizin barədə ilk üç saniyədən az müddətdə fikir formalaşır".
Mütəxəssis qeyd edib ki, insanın danışığının yeddi faizi önəmlidir:
"Qalan məsələ isə sənin göstərişindən, bədən dilindən asılıdır. Mehrabian qaydasına görə, insanı formalaşdıran yeddi faiz sözlərdir, 38 faiz səs tonu, 55 faiz bədən dilidir. Sənin dediyinin cəmi yeddi faizini insan eşidir, onlar üçün önəmlidir. Sənin daha çox qarşı tərəfə nə göstərdiyin önəmlidir. Sən əgər qarşı tərəfə qul, zəif ab-havası ötürürsənsə, bu məzmunun nə qədər akademik olmasının önəmi yoxdur".
A.Heydərov vurğulayıb ki, insanı ilk ələ verən orqan ayaqlarıdır.
Bundan başqa, müsahibədə siyasətçilərin bədən dili analiz edilib, hansı dövlət başçısının bədən dili əla, hansının isə daha pis olduğu açıqlanıb.
Daha ətraflı videomüsahibədə: