"Co Navarro deyir ki, insanın ən rahat və narahat orqanı ayaqlarıdır".
Bu fikirləri Oxu.Az-a müsahibəsində bədən dili üzrə mütəxəssis Anar Heydərov deyib.
O bildirib ki, insanı ilk ələ verən orqanı ayaqlarıdır:
"Azərbaycan dilində belə misal var: "Dost başa baxar, düşmən ayağa". Mən bu ifadəni ilk dəfə eşidəndə çox maraqlı gəldi. Baxın, düşmənə nə lazımdır, məlumat. Onun işi məlumat alıb, sənə qarşı istifadə etməkdir. Düşmən ona görə ayağa baxır ki, oradan öncəliklə məlumatlar gəlməyə başlayır. Sənin ayaq istiqamətin hansı tərəfədirsə, durma forması necədirsə, bu, artıq məlumat verir. Siz necəsə bəlli faiz nisbətində üz cizgilərinizi, əllərinizi gizlədə bilərsiniz, amma ayaqlarlarda bunu etmək çətindir".